Главная > Dünya > Niderlandda süni ürək nəqli edilən ilk xəstə vəfat etdi
Niderlandda süni ürək nəqli edilən ilk xəstə vəfat etdi8-07-2022, 11:28. Разместил: admin |
Niderlandda 2021-ci ilin noyabrında süni ürək köçürülən ilk xəstə əməliyyatdan 8 ay sonra vəfat edib. Xarici KİV xəbər verir ki, bu haqda Utrext Universiteti Xəstəxanası açıqlama yayıb. Açıqlamada adı çəkilməyən 54 yaşlı kişi xəstənin 2022-ci ilin iyununda vəfat etdiyi bildirilib. Məlumata görə, süni ürək istehsalçısı olan “Carmat” firması ölüm faktını araşdırmaq üçün Niderlandın Səhiyyə və Gənclik Müfəttişliyinə müraciət edib. Fransız şirkətinin 2013-cü ildən müalicə şansı olmayan xəstələr üçün süni ürək istehsal etdiyi qeyd olunub. Вернуться назад |