Главная > Dünya > Boris Conson istefa verir: onu bu şəxs əvəzləyəcək

Boris Conson istefa verir: onu bu şəxs əvəzləyəcək


7-07-2022, 14:01. Разместил: admin
Boris Conson istefa verir: onu bu şəxs əvəzləyəcək


Böyük Britaniyanın baş naziri Boris Conson yaxın saatlarda istefasını açıqlayacaq. 

Bu barədə BBC  məlumat yayıb. 

Siyasətçi istefa verməyə razılaşıb, lakin payıza qədər hakim partiyanın yeni liderini seçmək üçün baş nazir postunda qalacaq. Conson Mühafizəkarlar partiyasının liderinin partiya konfransında seçilməsini istəyir.

Sky News telekanalı xəbər verir ki, Consonun istefası ilə bağlı bəyanat hazırlanır, lakin hamı bu fikri dəstəkləmir. 

Böyük Britaniyanın xarici işlər naziri Liz Trus baş nazir postuna namizəd olub.


Вернуться назад