Главная > Dünya > Paris üçün ciddi təhlükə yaranıb

Paris üçün ciddi təhlükə yaranıb


5-07-2022, 16:00. Разместил: admin
Paris üçün ciddi təhlükə yaranıb


Parisin simvolu Eyfel qülləsi hər an çökə bilər.

 Fransanın “Marianne” jurnalında dərc olunan məqalədə Parisdəki Eyfel qülləsinin dəmirlərinin paslandığı, təmirə ehtiyacı olduğu və müdaxilə edilməzsə, çökə biləcəyi qeyd olunub.

Məqalədə qeyd olunub ki, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları ilə əlaqədar təmir işləri aparılsa da, bu kosmetik xarakter daşıyır. Qaydaya əsasən qüllə hər 7 ildən bir  rənglənməlidir. 

Qeyd edək ki, hündürlüyü 324 metr olan 7300 tonluq dəmir qüllə 133 il bundan öncə 1889-cu ildə keçirilən dünya sərgisi üçün tikilib.


Вернуться назад