Главная > Dünya > Bu ölkədə inflyasiya son 37 ilin ən yüksək səviyyəsinə çatıb
Bu ölkədə inflyasiya son 37 ilin ən yüksək səviyyəsinə çatıb30-06-2022, 10:30. Разместил: admin |
![]() İyun ayında İspaniyada istehlak qiymətləri əvvəlki ayda 8,7% bahalaşmadan sonra illik ifadədə 10,2% artıb. Bunu İspaniya Statistika İdarəsinin ilkin məlumatları sübut edir. Nəticə 1985-ci ilin aprelindən bəri ən yüksək göstəricidir. İyun ayında ölkədə aylıq inflyasiya may ayındaki 0,7%-ə qarşı 1,8% təşkil edib. İnflyasiyanın sürətlənməsinin əsas səbəbi kimi yanacağın, eləcə də ərzaq və alkoqolsuz içkilərin bahalaşması göstərilir. Qida və enerji istisna olmaqla, İspaniyada istehlak qiymətləri may ayında 4,9% artdıqdan sonra iyunda 5,5% artıb. Вернуться назад |