Главная > Dünya > Makron Kiyevə səfərə gedir
Makron Kiyevə səfərə gedir11-06-2022, 09:00. Разместил: admin |
![]() Gələn həftə Fransa prezidenti Emanuel Makronun Kiyevə səfəri gözlənilir Bu barədə “Le Figaro” qəzeti yazır. Xəbər verildiyi kimi, Fransa Ukraynaya əlavə altı yeni “Sezar” özüyeriyən silahın təhvil verilməsi imkanını öyrənir. Mətbuat Makronun Ukraynaya səfəri zamanı ikinci partiyanın transferini elan edə biləcəyini irəli sürür. Müharibədən əvvəl Fransa ordusunda cəmi 76 “Sezar” özüyeriyən silahı olub. Bundan öncə də Fransa Ukraynaya bu silahdan verib. Daha 6 avtomobil Ukraynaya təhvil verilərsə, bu, bütün fransız “Sezar”larının 16%-ni təşkil edəcək. Вернуться назад |