Главная > Dünya > Zelenskaya müsahibə zamanı sığınacağa enib: “Hələ də raket zərbəsi təhlükəsi var”- VİDEO
Zelenskaya müsahibə zamanı sığınacağa enib: “Hələ də raket zərbəsi təhlükəsi var”- VİDEO8-06-2022, 10:24. Разместил: admin |
Ukraynanın birinci xanımı Yelena Zelenskaya ABC telekanalının aparıcısına müsahibə verib. Söhbət zamanı siren səsi eşidilib və qadınlar sığınacağa enməyə məcbur olub. "Siren səslənməmişdən əvvəl Zelenskaya bir çox ukraynalıda ölkənin təhlükəsizliyi barədə illüziyaların olmasından danışıb və bu səbəbdən də çoxlarının siren səsinə məhəl qoymadığını, sığınacağa enmədiyini qeyd edib. Ölkənin birinci xanımı hava hücumu xəbərdarlığını gözardı etməməyin zəruriliyini diqqətə çatdırıb. O bildirib ki, əslində təhlükəsizlik qaydalarına laqeyd yanaşmaq olmaz, çünki raket zərbələri təhlükəsi hələ də qalmaqdadır. “Bilirsiniz, Kiyevdə insanların küçələrdə gəzişməsinə və sanki müharibə yoxmuş kimi yaşamasına baxanda qəribə hisslər yaranır. Bir çox insanlar hava hücumu xəbərdarlığına məhəl qoymurlar. Yadda saxlamalıyıq ki, ölkədə müharibə gedir. Həmçinin digər regionlar da bu gün Kiyev kimi təhlükəsiz deyil”, - deyə Zelenskaya vurğulayıb. <embed src='https://player.baku.tv/embed/55553' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></embed> Вернуться назад |