Главная > Dünya > Şoyqu Putinə "Azovstal"da əməliyyatın başa çatdığını məruzə edib
Şoyqu Putinə "Azovstal"da əməliyyatın başa çatdığını məruzə edib21-05-2022, 09:17. Разместил: admin |
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın Mariupol şəhərinin və "Azovstal" zavodunun nəzarət altına alındığı barədə Rusiya Prezidenti Vladimir Putinə məruzə edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. Konaşenkovun sözlərinə görə, sonuncu qrupun tərkibində zavodun 500-dən çox ukraynalı əsgəri cümə günü təslim olub. “Ümumilikdə isə bu il mayın 16-dan əməliyyat zamanı 2 439 “Azov” üzvü və Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçusu zavodun ərazisində blokadaya alınaraq təslim olublar”, - Konaşenkov deyib. Вернуться назад |