Главная > Dünya > Rusiyanın Ukraynada itkiləri açıqlandı
Rusiyanın Ukraynada itkiləri açıqlandı20-05-2022, 10:56. Разместил: admin |
![]() Rusiya Silahlı Qüvvələrinin Ukraynada indiyədək itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlanıb. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahından bildirilib. Məlumata əsasən, Rusiyanın 28 700 hərbçisi zərərsizləşdirilib. Həmçinin, Rusiya tərəfinin 1 263 ədəd tankı, 3 090 ədəd zirehli döyüş maşını, 596 ədəd artilleriya sistemi, 200 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 204 ədəd hərbi təyyarəsi, 168 ədəd helikopteri, 103 qanadlı raket, 2 162 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 460 ədəd dronu və 43 ədəd xüsusi texnikası məhv edilib. Вернуться назад |