Главная > Dünya > Baş nazir: Saakaşvili cəzasını sonadək çəkəcək
Baş nazir: Saakaşvili cəzasını sonadək çəkəcək14-05-2022, 11:54. Разместил: admin |
![]() Gürcüstanda ikinci cəbhə, həmçinin növbədənkənar seçkilər və eks-prezident Saakaşvilinin xaricə müalicə üçün transferi olmayacaq. Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib. “Biz lazım olan səviyyəyə çatmışıq. Biz əhaliyə uzunmüddətli əmin-amanlığa zəmanət veririk. Ölkədə ikinci cəbhə, müharibə olmayacaq”, - Qaribaşvili bildirib. O əlavə edib ki, ölkədə əmin-amanlığın və sabitliyin olması hər kəs üçün vacibdir: “Bunsuz ölkədə heç nə olmayacaq... Ölkəmiz, xalqımız artıq üç dəfə Rusiya ilə döyüşüb. 90-cı illərdən sonra vətəndaş müharibəsi, minlərlə əziyyət çəkmişik. Sonra dağıdıcı nəticələrə gətirib çıxaran avqust müharibəsi və bu gün də davam edən ərazilərimizin işğalı... Əgər vəziyyəti düzgün analiz etməsək, o zaman çox pis nəticələrlə üzləşə bilərik. Buna yol verə bilmərik”, - deyə baş nazir bildirib. O, Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyini də istisna edib. “Növbəti seçkilər 2024-cü ildə keçiriləcək”, - Qaribaşvili vurğulayıb. O eyni zamanda müxalifətin son bəyanatlarını şərh edərək, Saakaşvilinin xaricə müalicə üçün köçürülməsi tələblərinin qeyri-adekvat olduğunu deyib. “Bu ölkədə hamı qanuna tabe olmalıdır. O, məhbusdur, cəzasını sona qədər çəkməyə layiqdir. Onun transferi üçün heç bir əsas yoxdur”, - deyə baş nazir bildirib. Вернуться назад |