Главная > Dünya > Ukraynada müharibə başlayandan bəri Rusiya və ABŞ müdafiə nazirləri arasında ilk danışıq baş tutub
Ukraynada müharibə başlayandan bəri Rusiya və ABŞ müdafiə nazirləri arasında ilk danışıq baş tutub14-05-2022, 09:17. Разместил: admin |
![]() Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub. Trend xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Lloyd Ostin ilə aktual beynəlxalq məsələləri, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə edib. Bu, nazirlərin fevralın 18-dən sonra ilk ünsiyyətidir. Pentaqonun yaydığı məlumata görə, ABŞ rəsmisi Ukraynada atəşin dərhal dayandırılmasına çağırıb və Rusiya ilə əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıb. Вернуться назад |