Главная > Dünya > Ukraynada 9 may həyəcanı: müdafiə sistemləri hazır vəziyyətə gətirilib
Ukraynada 9 may həyəcanı: müdafiə sistemləri hazır vəziyyətə gətirilib9-05-2022, 11:38. Разместил: admin |
![]() Ukrayna 9 May Qələbə Günü ilə əlaqədar Rusiyanın genişmiqyaslı hücumuna qarşı təhlükəsizlik tədbirlərini artırıb. "Parlament və Prezident sarayında hava hücumundan müdafiə sistemi quraşdırılıb. Ukrayna rəhbərliyi Rusiyanın 9 May Günü ilə əlaqədar başlaya biləcəyi genişmiqyaslı hücum dalğasına qarşı başda paytaxt Kiyev olmaqla ölkə daxilində təhlükəsizlik tədbirlərini artırıb. Ukraynalı deputat və Krım-Tatar Milli Məclisinin sədri Refat Çubarov Putin administrasiyasının kimyəvi və nüvə silahı da daxil olmaqla hər cür çılğınlığı sınaya biləcəyini və bu istiqamətdə hazırlıqların aparıldığını bildirib. O bildirib ki, Ukrayna parlamenti və Prezident sarayı da daxil olmaqla, böyük şəhərlərdə kritik mərkəzlərə hücumların ola biləcəyinə dair kəşfiyyat məlumatları var. Вернуться назад |