Главная > Dünya > Rusiya Xəzərdən Ukraynaya 18-ə yaxın raket zərbəsi endirib

Rusiya Xəzərdən Ukraynaya 18-ə yaxın raket zərbəsi endirib


4-05-2022, 13:01. Разместил: admin
Rusiya Xəzərdən Ukraynaya 18-ə yaxın raket zərbəsi endirib


Rusiya mayın 3-ü axşam saatlarında Ukraynaya raket zərbələri endirmək üçün Xəzər regionundan strateji bombardmançı təyyarələr və digər hərbi vasitələrdən istifadə edib.

"Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb . 

Rusiya bu raket zərbələrini Dnepropetrovsk, Kirovoqrad, Lvov, Vinnitsa, Odessa, Donetsk, Kiyev və Zakarpat vilayətlərindəki obyektlərə endiriblər.

Məlumatda qeyd olunur ki, Rusiya Tu-95 və ya Tu-160 strateji bombardmançı təyyarələrindən  Xəzər regionundan raket zərbəsi endirib.

Rusiyanın raket zərbələri Ukraynanın mərkəzində və qərbində altı dəmiryol stansiyasına ziyan vurub.


Вернуться назад