Главная > Dünya > Rus ordusu hücuma keçib, bu əraziləri ələ keçirib
Rus ordusu hücuma keçib, bu əraziləri ələ keçirib27-04-2022, 10:55. Разместил: admin |
Rus ordusunun 76-cı Hava Hücum Diviziyasından iki batalyon taktiki qrupunu Belqorod vilayəti ərazisindən İzyum şəhərinə köçürülüb. Bundan əlavə, rus ordusu Belqorod vilayətinin yaşayış məntəqələri ərazilərində düşmən “İsgəndər-M” OTRK-nın iki raket diviziyasını yerləşdirib. Bu barədə məlumat aprelin 27-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahını Facebook səhifəsində yer alıb. Məlumatda bildirilir ki, İzyum istiqamətində Şərq Hərbi Dairəsinin 1-ci Tank Ordusu, 20-ci Əlahiddə Ümumqoşun Ordusu, Qərb Hərbi Dairəsinin 35-ci Əlahiddə Ümumqoşun Ordusu və 68-ci Ordu Korpusu ilə hava desant qoşunlarının bölmələri Barvenkovo istiqaməti hücum əməliyyatları həyata keçirir. "Rus ordusu artıq Bolşaya Kamışevaxa qəsəbəsinin şimal-şərq kənarını ələ keçirib, həmçinin Zavodı qəsəbəsini də nəzarətə götürüb" - məlumatda deyilir. Вернуться назад |