Главная > Dünya > Putinin Ukrayna ilə bağlı dəhşətli planları

Putinin Ukrayna ilə bağlı dəhşətli planları


25-04-2022, 12:30. Разместил: admin
Putinin Ukrayna ilə bağlı dəhşətli planları


"Bellingcat"ın araşdırmaçısı Xristo Qrozevin fikrincə, Putin mayın 9-dək Ukraynanın cənub hissəsini ələ keçirə bilməyəcəyi təqdirdə terrora əl atacaq, hətta kimyəvi silahdan istifadə etməkdən belə çəkinmyəcək.

"Araşdırmaçı  Xristo Qrozevin bu fikirlərini "Today.ua"da dərc olunub.

Onun sözlərinə görə, Rusiya mayın 9-dək Ukraynanın cənub hissəsini, o cümlədən Odessanı ələ keçirməyi planlaşdırır və bunu rus xalqına "qələbə" kimi  təqdim etmək istəyir. 

"Əgər Rusiya bu niyyətinə nail ola bilməzə, o zaman insanlarda müəyyən suallar yaranacaq. Ona görə də hər vəchlə bu 9 mayadək niyyətinə nail olmaq istəyir. Uğur qazanmasalar o zaman onlar son anda daha çox terror tədbirlərinə əl atmağa hazır olacaqlar və bura kimyəvi silahdan istifadə də daxildir", - Xristo Qrozev əlavə edib.

Jurnalistin fikrincə, rus xalqı öz hökumətinə və təbliğatına o qədər də inanmır. 

“Biz hər gün Rusiyanın internet axtarış sistemlərindəki bütün sorğuları izləyirik və tez-tez verilən suallar belə olur: “Moskva” kreyserinə əslində nə baş verib? Ukrayna Rusiyaya nə vaxt daxil olacaq? Bir həftə öncəyədək yürüdülən təbliğata inanaırdılar, amma son3-4 gündür ki, hökumət ünvanlanan suallar əhalinin öz hökumətinə güvənmədiyini göstərir. Düzdür, bunu hələ tam açıq şəkildə bəyan etmirlər”.

Qeyd edək ki, bundan əvvəl Rusiya tərəfi ordunun cənub-şərq istiqamətində Ukrayna torpaqlarını işğal edib. Krıma və Moldavaya quru yol çıxışı əldə etmək istəyini açıqlayıb.

Rus ordusu Moldovaya çıxış əldə etməklə həm də Ukraynanın cənubunda ölkə üçün həyatı əhəmiyyət kəsb edən obyektlərə nəzarəti həyata keçirməklə həm iqtisadiyyatına ciddi təsir göstərmək istəyir.


Вернуться назад