Главная > Dünya > “Putinin cəmi 6 ay ömrü qalıb” - Dmitri Bıkov
“Putinin cəmi 6 ay ömrü qalıb” - Dmitri Bıkov21-04-2022, 16:00. Разместил: admin |
Rusiyanın Ukrayna müharibəsindən məğlub ayrılması ehtimalı böyükdür. Müxtəlif proqnozlar səsləndirilir. Bunlardan biri odur ki, Rusiya məğlubiyyətdən sonra dağılacaq, hissələrə ayrılacaq. Rusiyalı yazıçı, Vladimir Putin hakimiyyətinin əleyhdarı kimi tanınan Dmitri Bıkov belə düşünmür. Bizimyol.info xəbər verir ki, Bıkov son müsahibəsində bir çox maraqlı məsələlərə toxunub. Yazıçı müharibənin Putin hakimiyyətinin yalnız zərərinə işlədiyinə əmindir. “Ukraynaya hücum bu rejimin ömrünü çox qısaltdı. Dəyişiklik prosesini xeyli sürətləndirdi. Hələ yanvarda düşünürdüm ki, Putinin hakimiyyəti altında çox yaşamalı olacağam. İndi əminəm ki, Putin dövründə mənim cəmi 6 ayım qalıb. Ola bilər ki, daha az...” Bıkov deyir ki, Rusiyada insanlar yalandan və qadağalardan çox yorulub. Kremlin insanları miflər ətrafında birləşdirmək cəhdi uğursuzdur. “Miflərlə tarix yaradılmır. Tarixi yazmaq lazım gələcək. Mən uzağı payıza qədər hər şeyin dəyişəcəyinə inanıram. Düzdür, məni belə nikbinliyə görə qınayanlar az deyil. İstənilən halda Rusiyanın gözəl gələcəyinə inanıram. Rusiya yaşayacaq. Sərhədləri də olduğu kimi qalacaq. Sadəcə, daha heç nə əvvəlki kimi olmayacaq”. Rusiyalı yazıçı vətənində insanların böyük əksəriyyətinin Kremlin işğal planını dəstəkləməsini təbii qarşılayır. Onun fikrincə, mütərəqqi düşüncə həmişə çoxluğu əhatə etmir. “Cəmiyyətlər həmişə müasirlərə və mühafizəkarlara bölünür. Müasirlər uzağı 10 faizi əhatə edir. Onlar irəli getməyin tərəfdarıdır. Mühafizəkarlar isə geri getməkdən də çəkinmirlər. Həmişə belə olub. Böyük sənaye inqilabı zamanında da, İntibah dövründə də. İrəli getmək istəyənlərin sayı həmişə az olacaq”. Bıkov əminliklə bildirir ki, Rusiyanın imperiya tarixi bununla da başa çatıb. Yazıçı ölkəsinin Üçüncü Dünya Müharibəsinə səbəb olmasına görə çox məyusdur. “Təəssüf ki, dünyada barışıq dövrü deyil. İndi dünyanın parçalanma mərhələsi başlayıb. Məncə, bütün əsr belə keçəcək. Qloballaşma 22-ci əsrə qaldı”. Вернуться назад |