Главная > Dünya > Rusiyanın sabiq XİN başçısı: "Putin bu halda nüvə silahına əl atar"

Rusiyanın sabiq XİN başçısı: "Putin bu halda nüvə silahına əl atar"


21-04-2022, 09:30. Разместил: admin
Rusiyanın sabiq XİN başçısı: "Putin bu halda nüvə silahına əl atar"


Rusiya-Ukrayna müharibəsi boyu vaxtaşırı gündəmə gələn “Rusiya nüvə silahından istifadə edəcəkmi” sualı ilə bağlı maraqlı açıqlamanı Rusiyanın keçmiş xarici işlər naziri Andrey Kozırev verib.
Teleqraf.com xəbər verir ki, Boris Yeltsin dönəmində ölkənin xarici siyasətini idarə edən Kozırev ABŞ mediasına müsahibəsində Vladimir Putinin nüvə silahından istifadə imkanlarını dəyərləndirib.

Sabiq diplomat Rusiyanın nüvə silahından istifadə edə biləcəyi ssenariləri açıqlayıb:

“Putin nüvə silahı üçün tətiyi ancaq kənardan təhlükə hiss etdiyi halda çəkəcək. Nüvə silahlarından istifadə etmək olar, ancaq çox spesifik hallarda. Əgər Rusiya və ya onun yaxın olduğu ölkələrdən biri həqiqətən təhdid olunarsa və ölkənin mövcudluğu təhlükə altına düşərsə, məsələn, NATO qoşunları Moskvaya daxil olarsa, nüvə silahından istifadə gerçəkləşdirilə bilər”.

Təxminən 2 aydır davam edən müharibədə nüvə silahından istifadəyə ehtiyac yaranmadığını ifadə edən Kozırev bildirib ki, mövcud şərtləri nəzərə alsaq, Rusiyanın varlığına heç bir təhlükə yoxdur.


Вернуться назад