Главная > Dünya > Rusiya ordusu işğal etdiyi ərazilərin sakinlərindən 9 May tədbirlərinin keçirilməsini tələb edir
Rusiya ordusu işğal etdiyi ərazilərin sakinlərindən 9 May tədbirlərinin keçirilməsini tələb edir21-04-2022, 09:00. Разместил: admin |
Rusiya ordusu Zaporojye vilayətinin işğal edilmiş Berdyansk rayonunda mədəniyyət qurumları qarşısına 9 May günü ilə bağlı konsertlər vermək tələbi qoyub. Bu barədə Berdyansk şəhərinin meri Aleksandr Svidl məlumat verib. “Rusiya Federasiyasının nümayəndələri mədəniyyət evlərimizə gələrək 9 May bayramına həsr olunmuş konsertlərin keçirilməsini tələb ediblər. Onlar qanunsuz olaraq direktor təyin ediblər”, – deyə Aleksandr Svidl vurğulayıb. Вернуться назад |