Главная > Dünya > Ermənistanda müxalifət müddətsiz etiraz aksiyası elan edib
Ermənistanda müxalifət müddətsiz etiraz aksiyası elan edib18-04-2022, 09:45. Разместил: admin |
Ermənistan müxalifəti İrəvanın mərkəzində müddətsiz etiraz aksiyası elan edib. APA xəbər verir ki, bu barədə İrəvanın mərkəzindəki Azadlıq meydanındakı mitinqdə müxalifət lideri Artur Vanetsyan bildirib. Axşam saatlarında polis etirazçıların çadır qurmaq cəhdinin qarşısını alıb və bir neçə nəfəri saxlayıb. Bundan sonra Vanetsyan hakimiyyətin çadırların qurulmasına icazə verib-verməməsindən asılı olmayaraq, meydanı tərk etməyəcəyini bəyan edib. Vanetsyan aksiyada "Mən buradan heç yerə getmirəm", "qeyri-müəyyən etirazlara başlayırıq" kimi şüarlar səsləndirib. Вернуться назад |