Главная > Dünya > Rusiya ordusu Xarkovu atəşə tutdu: xeyli sayda ölən və yaralanan var
Rusiya ordusu Xarkovu atəşə tutdu: xeyli sayda ölən və yaralanan var16-04-2022, 09:30. Разместил: admin |
Rusiya hərbçilərinin Xarkovda yaşayış bölgəsini atəşə tutması nəticəsində 7 nəfər ölüb, 34 nəfər yaralanıb. Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında məlumat verib. “Rusiya hərbçiləri Xarkov şəhərinin yaşayış bölgələrindən birini atəşə tutub. Təəssüf ki, 3-ü uşaq olmaqla 34 nəfər yaralanıb, 1-i yeddi aylıq uşaq olmaqla 7 nəfər həlak olub”, - o yazıb. Bütün xəsarət alanlara təcili tibbi yardım göstərilir. Вернуться назад |