Главная > Dünya > Ukrayna cəbhədəki son durumu açıqladı: Su-25 və PUA-lar vurulub
Ukrayna cəbhədəki son durumu açıqladı: Su-25 və PUA-lar vurulub13-04-2022, 10:29. Разместил: admin |
Ukrayna Silahlı qüvvələrinin baş qərargahı cəbhədə 13 aprelə olan məlumatı açıqlayıb. Məlumatda deyilir: "Rusiya düşməni Xarkov və Zaporojjya vilayətlərində mülki infrastruktura raket və bomba zərbələri endirməkdə davam edir. Hava kəşfiyyatını fəal şəkildə aparır. Rusiya Federasiyası aprelin 26-dək ölkəmizlə həmsərhəd ərazilərdə və müvəqqəti işğal olunmuş Krım ərazisində qondarma “terror təhlükəsinin sarı səviyyəsi”ni tətbiq edib. Bu tədbirlər çox güman ki, Ukrayna ərazisində hərbi texnika, silah və şəxsi heyətin hərəkətini təşkil etmək məqsədilə həyata keçirilir. İşğalçılar Ukraynaya qondarma “könüllülər” göndərməkdə davam edir. Mövcud məlumata görə, Leninqrad vilayətində yalnız döyüş təcrübəsi olan hərbçilərdən ibarət 400 nəfərə yaxın batalyon yaradılaraq Ukraynaya göndərilib. Slobojanski istiqamətində Xarkov şəhərinin qismən blokadası və artilleriya atəşi davam edir. Müvəqqəti olaraq işğal olunmuş bəzi ərazilərdə düşmən “xalq milisi” adlanan birləşmələrin formalaşdırılması üçün müvafiq işlər aparır. Donetsk və Tavriya istiqamətlərində rus düşməni Mariupola aviazərbələr endirməkdə davam edirdi. Azovstal metallurgiya kompleksi və Dəniz limanı yaxınlığında hücuma başlayır. Cənubi Buq istiqamətində düşmən ayrı-ayrı yaşayış məntəqələrini ələ keçirməyə çalışsa da, buna nail ola bilmir. Ukrayna müdafiəçiləri son 24 saat ərzində Donetsk və Luqansk vilayətlərində düşmənin 6 hücumunu dəf edib, iki avtomobilini və üç artilleriya sistemini məhv ediblər. Rusiyaya məxsus Su-25 düşmən təyyarəsi ötən gün Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin bir qrupu tərəfindən vurulub. Düşmən hava şəraitinə görə təyyarələrdən istifadəni xeyli azaldıb" - məlumatda qeyd edilib. Вернуться назад |