Главная > Dünya > Ukraynanın baş prokuroru: “Kiyev vilayətində 1200-dən çox cəsəd tapılıb”

Ukraynanın baş prokuroru: “Kiyev vilayətində 1200-dən çox cəsəd tapılıb”


11-04-2022, 12:58. Разместил: admin
Ukraynanın baş prokuroru: “Kiyev vilayətində 1200-dən çox cəsəd tapılıb”


Rusiyanın Ukrayna torpaqlarına hücumları aramsız davam edərkən, Rusiya ordusundan təmizlənən Ukraynanın Kiyev bölgəsində cəsədlərin toplanması davam edir.

"Bu barədə Ukraynanın baş prokuroru İrina Venicetova  məlumat verib.

"Rusiya qüvvələrinin Kiyev vilayətindən çıxarılmasından sonra 1222 cəsəd tapılıb ", - Ukraynanın baş prokuroru İrina Venicetova  bildirib.

O əlavə edib ki,  Rusiya qüvvələrinin törətdiyi 5600 hərbi cinayət Ukrayna hakimiyyəti tərəfindən araşdırılır: “Biz Ukraynanın hər yerində müharibə cinayətləri, insanlığa qarşı cinayətlər görürük və bunu düzəltmək üçün əlimizdən gələni edirik".

Rusiyada yüksək rütbəli hərbçilər və dövlət məmurları da daxil olmaqla 500-dən çox hərbi cinayət şübhəlisini müəyyən etdiklərini ifadə edən Venicetova bildirib ki,  Ukraynanın Kramatorsk şəhərində qatar stansiyasına edilən və 50-dən çox insanın ölümü ilə nəticələnən hücumla bağlı da lazımi sübutlara sahib olduqlarını söylədi. 


Вернуться назад