Главная > Dünya > Ukrayna ordusu daha bir vilayəti tamamilə azad etdi
Ukrayna ordusu daha bir vilayəti tamamilə azad etdi8-04-2022, 11:33. Разместил: admin |
"Sumı vilayəti rus ordusundan tamamilə azad edilib". UNIAN xəbər verir ki, bunu vilayət hərbi administrasiyasının rəhbəri Dmitri Jivitski bildirib. "Vilayət ərazisi ruslardan azaddır, buna görə də partlayış səsləri eşidirsinizsə, bu, xilasedicilər və partlayıcılardır. Onlar rus hərbçilərinin torpaqlarımızda qoyub getdiyi sursatları məhv edirlər", - deyə məlumatda bildirilir. O qeyd edib ki, vilayət ərazisi çoxlu sayda minalanmış və tədqiq olunmamış ərazilərə görə təhlükəsiz deyil. "Yol kənarlarında maşın sürməyin və meşə yollarından istifadə etməyin. Dağılmış avadanlıqlara və yarus düşərgələrinin yerlərinə yaxınlaşmayın! Mən bilirəm ki, orada hər şey dəhşətlidir, amma təmizləməyin vaxtı deyil. Əvvəlcə minalard təmizləməlidr", - Jivitski çağırış edib. Xatırladaq ki, əvvəllər rus hərbçiləri Kiyev, Jitomir və Çerniqov vilayətlərindən tamamilə qovulublar. Вернуться назад |