Главная > Dünya > Rusiyanın Ukraynadan geri çəkilmə planı ifşa olundu
Rusiyanın Ukraynadan geri çəkilmə planı ifşa olundu31-03-2022, 13:00. Разместил: admin |
Rusiya-Ukryana arasında İstanbulda keçirilən görüşündən sonra moskvanın Ukraynanın Kiyev və Çerrniqovdan geri çəkilməsinin arxasında duran əsas planı ifşa olunub. Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik Rusiya geri çəkilmə planın arxasında hansı məqsədlərin dayandığını açıqlayıb. O bildirib ki, geri çəkilməklə əslində Ukraynanın digər bölgələrində hücum əməliyyatlarını bərpa etməyə hazırlaşır. Matuzyanik bildirib ki, Rusiya ordusu Ukraynanın şərqində Ukrayna qoşunlarını mühasirəyə almağa yönəlib və Luqanskın hələ də mühasirədə olan Mariupol, Popasna və Rubijne şəhərlərini ələ keçirməyə çalışır. Rusiya ordusunun bəzi hərəkətlərinin paytaxt Kiyev və Çerniqov bölgələrində müşahidə edildiyini qeyd edən Matuzyanik əlavə edib ki, Ukraynanın bunu kollektiv geri çəkilmə kimi görmədiyini bildirib. Вернуться назад |