Главная > Dünya > Rusiyaya sanksiyalar Ermənistanı belə "vurdu"
Rusiyaya sanksiyalar Ermənistanı belə "vurdu"30-03-2022, 14:00. Разместил: admin |
Rusiyaya qarşı sanksiyalar artıq Ermənistan iqtisadiyyatına mənfi təsir göstərməkdədir. Sanksiyalar nəticəsində proqnoz edilən 12 aylıq infilyasiya gözlənildiyindən daha tez baş verməyə başlayıb. "Bu barədə Ermənistan Mərkəzi Bankının yaydığı hesabatda deyilir. Hesabatda qeyd olunub ki, Ukraynaya görə Rusiyaya tətbiq edilən sanksiyalar Ermənistan iqtisadiyyatına zəncirvari formada mənfi təsir göstərməkdədir. Mənfi təsirlər ölkə iqtisadiyyatında infilyasiyanın gözlənildiyindən tez artmasına, ölkəyə sərmayə qoyuluşunun azalmasına, pul köçürmələrinin azalmasına, ixracın və idxalatın azalmasına gətirib çıxaracaq. Bu da nəticə etibarı ilə Ermənistan iqtisadiyyatı üçün müəyyən risklər yaradacaq. Вернуться назад |