Главная > Dünya > NATO-nun Rusiyaya "Soyuq cavab"... 30 ilin ən genişmiqyaslı hərbi təlimi
NATO-nun Rusiyaya "Soyuq cavab"... 30 ilin ən genişmiqyaslı hərbi təlimi29-03-2022, 13:27. Разместил: admin |
NATO Rusiya-Ukrayna müharibəsindən sonra təxirəsalınmadan şəqr və şimal-şərq sərhəddində Rusiya tərəfindən gözlənilə biləcək istənilən təhlükənin qarşısını almaq üçün mövqelərini möhkəmləndirməkdədir. Bu məqsədlə Alyans şərq və şimal-şərq istiqamətində hərbi gücünü artırıb, ordunun döyüş hazırlıq səviyyəsini yüksək səviyyədə saxlamaq üçün genişmiqyaslı hərbi təlimlər keçirməkdədir.Hazırda NATO martın 14-dən etibarən Rusiyanın sərhəddində "Soyuq cavab" (Cold Response) adı altında Norveçdə son 30 ilin ən böyük və genişmiqyaslı soyuq hava şəraitində quru, hava və dəniz təlimləri hərbi təlimlərini keçriməkdədir. Təlimin adının seçilməsi də təsadüfi seçilməyib. Hərbi təlimlərdə 27 ölkədən 30 min əsgər, 220 döyüş təyyarəsi və ikisi təyyarə gəmisi olmaqla 50 gəminin iştirakı ilə keçirilir. Təlimlər aprelin 1-dək başa çatdırılması planlaşdırılır. NATO-nun bu təlimləri Moskva tərəfindən etirazla qarşılanıb, Rusiyaya qarşı təzyiq vasitəsi kimi dəyərləndirsə də, Alyans təlimlə bağlı yazılı açıqlamasında bildirib ki, "Soyuq cavab" adlanan əməliyyatın 8 ay əvvəldən planlaşdırıldığı və davamlı olaraq keçirilən təlim olduğunu, Rusiyanın Ukrayna hücumları ilə heç bir əlaqəsi yoxdur. Lakin NATO-nun təlimlə bağlı açıqlamasında isə deyilir: "Soyuq cavab 2022" təlimlərində NATO müttəfiqləri və tərəfdaşlarından olan minlərlə hərbçini bir araya gətirərək, Norveçin sərhəd boyu quruda, havada və dənizdə soyuq hava şəraitində birgə işləmək bacarıqlarını test edən uzun müddətə planlaşdırılan təlimdir. Müttəfiq və ortaq silahlı qüvvələr geniş səhrada yürüş edəcək, həqiqi yanğın təlimləri keçəcək, donmuş göllərə atılacaq. Bu, silahlı qüvvələrimizin istənilən təhlükə və ya böhrana cavab verməyə hazır olduğundan əmin olmaq üçün həyati bacarıqların öyrədilməsi ilə bağlıdır". Növbəti bir məqam isə Almaniya kansleri Şolts bu günlərdə verdiyi açıqlamadır. Şolts bəyan edib ki, Putinin hərəkətləri NATO-nun Alyansın şərq cinahının müdafiəsini gücləndirməsinə də səbəb olub. Təlimin Rusiyadan gözlənilən təhlükələrə qarşı keçirildiyi ilə bağlı olduğunu . NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO-nun fövqəladə Zirvə toplantısından sonra martın 25-də Norveçdə keçirilən təlimdə əsgərləri ziyarət edərək verdiyi açıqlamanı diqqət yetirmək lazımdır. Belə ki, Stoltenberq açıqlamasında Arktikanın NATO üçün strateji əhəmiyyətli bir bölgə olduğunu və son illərdə Rusiyanın bölgədəki hərbi fəaliyyətlərində əhəmiyyətli dərəcədə artdığıan diqqət çəkərək əlavə edib ki, Alyansın bölgədə mövcudluğunun münaqişə yaratmaq üçün deyil, münaqişənin qarşısını almaq və sülhü qorumaq məqsədi daşıyır. O baxımdan təlimlərin birbaşa Rusiyadan gözlənilən təhlükələrə qarşı priventiv tədbiri kimi qiymətləndirmək olar. Təlimin digər diqqət çəkən məqamı ondan ibarətdir ki, təlimlərin Rusiya ilə həmsərhəd olan Norveçdə və NATO üzvü olmayan Finlandiyanın da iştirak etməsi, o cümlədən Arktikada son 30 ilin ən böyük təlimi olmasıdır. Bu təlimi həm də bir nəbz yoxlanışı kimi dəyərləndirmək olar. Onu da qeyd edək ki, NATO-nun iyun ayında Madriddə keçiriləcək sammitində İsveç və Finlandiyanın Alyansa üzvlüyünün qiymətləndiriləcəyi bildirilir. Belə olan halda Rusiyanın şimal cinahında, 1300 kilometrlik sərhəddə yeni NATO üzvü olacaq. Bu da təbii ki, Moskva ilə NATO arasındakı münasibətlərdə əlavə gərginlik yaradacaq. Ancaq yaranmış durumda Moskvanın Finlandiya və İsveçin NATO-ya üzvlüyünə ciddi müqavimət göstərə biləcəyi ehtimalı azalmaqdadır və bu müqavimət Rusiya-Ukryana müharibəsi davam etdikcə daha da zəifləyəcək. NATO-nun Rusiya-Ukryana müharibəsi fonunda ilkin olaraq Finlandiya və İsveçi Alyansa üzv qəbul etməklə həm Mosvanın nəbzini yoxlayacaqlar, həm də Ukrayna, Gürcüstanla bağlı gələcək addımlarını müəyyənləşdirəcəklər. Вернуться назад |