Главная > Dünya > Makron Fransada pensiya yaşını 65-ə qaldıracaq

Makron Fransada pensiya yaşını 65-ə qaldıracaq


18-03-2022, 09:22. Разместил: admin
Makron Fransada pensiya yaşını 65-ə qaldıracaq


Fransada pensiya yaşının 65 yaşa qaldırılmağı nəzərdə tutulur.

"Bunu Fransa prezidenti Emmanuel Makron cümə axşamı seçki platformasını açıqlayan zaman bildirib. Onun sözlərinə görə, pensiya yaşı tədricən 65 yaşa qaldırılacaq. Eyni zamanda Makron vurğulayıb ki, bu tədbir sosial dialoq əsasında həyata keçiriləcək.

O, seçki proqramında minimum pensiya həddinin 1,1 min avroya çatdırılmasını da qarşısına məqsəd qoyub. E. Makron həmçinin səhiyyə və ahıllara qayğını gücləndirmək niyyətində olduğunu vurğulayıb.

"Ümumilikdə tibb işçilərinin sayı 50 min nəfər, o cümlədən qocalar evlərində tibb bacılarının ştatı artırılacaq", - Emmanuel Makrin bildirib.


Вернуться назад