Главная > Dünya > Trampdan Üçüncü Dünya müharibəsi xəbərdarlığı: "Qorxmalısınız..."
Trampdan Üçüncü Dünya müharibəsi xəbərdarlığı: "Qorxmalısınız..."10-03-2022, 14:22. Разместил: admin |
![]() Donald Tramp Üçüncü Dünya müharibəsi ehtimalı və nüvə təhlükəsinin ciddiliyi barədə xəbərdarlıq edib. “Bunu ABŞ-ın keçmiş prezidenti “Full Send Podcast”a III Dünya Müharibəsinin mümkünlüyünü istisna etməyib. O, ABŞ-a artıq hörmət edilməməsi səbəbindən nüvə müharibəsi ehtimalını ciddi təhlükə sayıb. “Bəli, üçüncü dünya müharibəsi şansı var və bu, ölkəmizə artıq hörmət edilməməsidir”, - Tramp deyib. Həmsöhbətin Ukraynadakı vəziyyət fonunda sadə amerikalıların nüvə müharibəsindən qorxmalı olub-olmaması ilə bağlı sualını cavablandıran ABŞ-ın keçmiş prezidenti deyib: “Bəli, siz (bundan) qorxmalısınız, çünki ölkə (ABŞ) bacarıqsız insanlar tərəfindən idarə olunur”. Tramp sonda əlavə edib ki, bu, ciddi təhlükədir. Вернуться назад |