Главная > Dünya > Piontovski: Ukraynaya təklif edilən Bennett planı nədir?
Piontovski: Ukraynaya təklif edilən Bennett planı nədir?10-03-2022, 11:04. Разместил: admin |
Rusiya Prezidenti Vladimir Putin hərbi təcavüzlə öz məqsədilə nail ola bilmir, indi isə o, Qərbin Ukrayna ilə bağlı təvazökar addımları atmağa cəsarət edə bilməməsi sayəsində diplomatik təzyiqlə məqsədinə nail olur. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Piontovski öz məqaləsində qeyd edib. “İndi isə Bennett planı haqqında... Kobud dillə desək, Moskva Donetsk, Luqansk və Krımı çıxandan sonra Ukraynanın bütünlüklə işğalından əl çəkir. Həmçininn Ukrayna NATO-ya daxil olmaqdan imtina edir, neytrallığını bəyan edir, hansısa formada Krım və Donbasın Rusiyanın olmasını qəbullanır. Bu, kapitulyasiayaya olduqca oxşardır. Ancaq Ukrayna rəhbərliyini günahlandırmaq çətindir. Çünki bu, məhz Qərbin sözün əsl mənasında acizliyini və Ukraynanı minimal dərəcədə müdafiə etmək istəmədiyini nümayiş etdirdiyi gündə təklif olunur. Moskva isə şantajını davam etdirir: Ya Bennett planı ilə razılaşırsınız, ya da biz daha qəddar bombardmanlara keçəcəyik: Qroznı və Hələblə etdiyimizi Ukrayna şəhərlərinə qarşı da edəcəyik. Bu vəziyyətdə Ukrayna rəhbərliyi çox çətin seçim qarşısındadır. Bennett planı Ukrayna üçün qəbuledilməzdir, lakin bu, onu da göstərir ki, Putin özünün maksimal hədəflərindən imtina etmək məcburiyyətindədir”, - deyə müəllif yazısında bildirib. Вернуться назад |