Главная > Dünya > "Putin uduzur, bu addıma məcbur olacaq" - Geraşenko
"Putin uduzur, bu addıma məcbur olacaq" - Geraşenko9-03-2022, 10:48. Разместил: admin |
![]() Ukrayna və Rusiya artıq danışıqların 3 raundunu keçirib. Nəticə yalnız humanitar dəhlizlərdir, o da kağız üzərində. "Axar.az xəbər verir ki, bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib. O bildirib ki, Rusiya ordusu nasistdir, ona görə də təxliyə kolonlarını və mülki əhalini atəşə tutur: “Ancaq qısa müddətdən sonra danışıqlar fərqli olacaq. Çünki o danışıqlarda Putin maraqlı olacaq. Putin – faşistdir, nasistdir, o, yaxşı bilir ki, bizim insanlar mühasirədə zirzəmilərdədir. Mariupoldan başqa Kiyevətrafı şəhərlərdə də vəziyyət gərgindir. İnsanlar orda susuz, qida və dərmansız dəhşətli ölümlə üz-üzədir. Xarkovda vəziyyət az-çox sakitdir. Kiyevdən isə artıq çoxları gedib”. Geraşenkonun sözlərinə görə, mübarizə qabaqdadır: “Ancaq Putin artıq uduzub. Rusiya subyektivliyini itirib. Bizə müəyyən vaxta qədər gözləmək lazımdır və Putin özü danışıqlara gedəcək. Biz həm də illərdir Putinin əlində qalan Rusiya üçün savaşırıq”. Вернуться назад |