Главная > Dünya > Zelenskiyə bir şey olarsa, Ukraynanın B planı nədir?
Zelenskiyə bir şey olarsa, Ukraynanın B planı nədir?7-03-2022, 10:51. Разместил: admin |
ABŞ və müttəfiqləri Ukrayna Prezidenti Volodimir Zelenski ələ keçirilərsə və ya öldürülərsə, onun xələfinin kim olacağını müzakirə edir. Vaşinqton üçün hökumətin davamlılığı Rusiyaya qarşı müqavimətin davam etməsi baxımından çox vacibdir. ABŞ-ın “New York Times” nəşri Zelenskinin Kiyevi tərk etməkdən imtina etməsinin ona bir şey olarsa, hökumətin davamlılığının necə təmin ediləcəyi barədə Qərbdə narahatlıqlara səbəb olduğunu yazıb. Vaşinqton və onun müttəfiqləri Rusiya ordusu Kiyevə daxil olarsa və marionet rejim qurarsa, “müstəqil Ukrayna” hökumətini saxlamağın yollarını axtarır. Qəzetin məlumatına görə, ötən həftə Ağ Evdə və Konqresdə paytaxtın Rusiya tərəfindən tutulacağı təqdirdə hərbi dəstəyin necə təmin ediləcəyi ilə bağlı gizli görüşlər keçirilib. Konstitusiyasındakı qeyri-müəyyənlik səbəbindən Zelenskinin həbsi və ya öldürülməsi halında onun yerinə kimin keçəcəyi bəlli deyil. Qəzetə danışan ABŞ-lı rəsmilərdən biri Vaşinqtonun Zelenskidən sonra rəhbərliyə keçəcək səlahiyyətli şəxsləri uzun müddət eyni yerdə olmamaları və Kiyevi tərk etmələri ilə bağlı xəbərdarlıq etdiyini deyib. Bundan əlavə, ölkənin Kiyevdən sonra haradan idarə ediləcəyinə dair yer axtarışları da davam edir. Bu nöqtədə ölkənin qərbindəki Karpat dağları və ya Polşada sürgün hökuməti variantları ortaya çıxır. CBS televiziyasına danışan ABŞ Dövlət katibi Antoni Blinken Rusiyanın Zelenskinin öldürmə ehtimalına qarşı planlarla bağlı suala isə belə cavab verib: “Ukraynalıların bunun üçün hazırda detallarına varmaq istəmədiyim planları mövcuddur, amma biz idarəçiliyin bu və ya başqa şəkildə davam etməyini istəyirik”,- deyə o söyləyib. Вернуться назад |