Главная > Dünya > AES-dəki yanğın söndürüldü - Yenilənib
AES-dəki yanğın söndürüldü - Yenilənib4-03-2022, 10:00. Разместил: admin |
![]() Yanğınsöndürənlər Zaporojye Atom Elektrik Stansiyasında baş verən yanğını söndürmək üçün yola düşüblər. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb. "Enerqodar şəhərindəki Zaporojye AES-də Fövqəladə Hallar Dövlət Xidmətinin bölmələri təlim binasında baş vermiş yanğının söndürülməsinə cəlb olunub. Fövqəladə Hallar Dövlət Xidmətindən 40 nəfər və 10 texnika cəlb olunub", - deyə məlumatda bildirilir. Qeyd edək ki, Rusiya hərbçiləri Zaporojye AES-in birinci enerji blokunu atəşə tutub və nəticədə yanğın çıxıb. *** Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, Zaporojye Atom Elektrik Stansiyasının təlim korpusunda baş verən yanğın lokallaşdırılıb. Bildirilir ki, xəsarət alan olmayıb. *** Enerqodar şəhərində Zaporojye Atom Elektrik Stansiyasının təlim korpusunda baş verən yanğın söndürülüb. Вернуться назад |