Главная > Dünya > Rusiya pulu ilə bağlı tarixi addım - Kəskin dəyişiklik
Rusiya pulu ilə bağlı tarixi addım - Kəskin dəyişiklik28-02-2022, 12:21. Разместил: admin |
Rusiya Mərkəzi Bankının İdarə Heyətinin fövqəladə iclasında uçot dərəcəsinin 20%-ə qaldırılması qərarı verilib. Bu da onun yeni tarixi maksimumu hesab olunur. "Rusiya Mərkəzi Bankının Direktorlar Şurası 28 fevral 2022-ci il tarixindən əsas uçot dərəcəsini illik 20%-ə qaldırmaq qərarına gəlib", - tənzimləyicinin açıqlamasında deyilir. Açıqlamaya əsasən, departamentin həyata keçirdiyi pul siyasəti inflyasiyanın sürətini azaltmağa hesablanıb. Bundan əlavə, bu tədbir rus milli valyutanın gücləndirilməsinə hesablanıb. Вернуться назад |