Главная > Dünya > Rusiyanın qərarına Zelenskidən ən son açıqlamalar: "Bunun nəticəsi..."
Rusiyanın qərarına Zelenskidən ən son açıqlamalar: "Bunun nəticəsi..."22-02-2022, 11:07. Разместил: admin |
“Rusiya Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş rayonlarının “müstəqilliyini” tanımaq qərarları ilə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozur və 2014-cü ildən Donbasda olan qoşunlarını leqallaşdırır”. Ukinform.net” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra çıxışı zamanı deyib. "Ukrayna birmənalı olaraq Rusiya Federasiyasının son hərəkətlərini dövlətimizin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir. Bu qərarların nəticələrinə görə bütün məsuliyyət Rusiyanın siyasi rəhbərliyinin üzərinə düşür", - Zelenski bildirib. Onun sözlərinə görə, Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş rayonlarının “müstəqilliyinin” tanınması Rusiyanın Minsk razılaşmalarından birtərəfli qaydada çıxması və “Normand dördlüyü” çərçivəsində qərarlara məhəl qoymaması anlamına gələ bilər: "Bu, dinc səylərə zərbə vurur və mövcud danışıqlar formatlarını məhv edir. Bu gün və sabah mümkün qərarlarla Rusiya faktiki olaraq 2014-cü ildən Donbasın işğal olunmuş ərazilərində olan qoşunlarını leqallaşdırır. Səkkiz ildir müharibəni dəstəkləyən ölkə iddia etdiyi kimi sülhü dəstəkləyə bilməz” – Zelenski söyləyib. Вернуться назад |