Главная > Dünya > Borrell: “Rusiyaya qarşı sanksiyalar paketi layihəsi hazırdır”
Borrell: “Rusiyaya qarşı sanksiyalar paketi layihəsi hazırdır”18-02-2022, 09:26. Разместил: admin |
Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Rusiyaya qarşı sanksiyalar paketi layihəsi hazırdır və ehtiyac yaranarsa, təsdiqlənməsi üçün irəli sürüləcək. Bu barədə Aİ rəsmisi bəyan edib. O deyib: “Biz hələ də diplomatik prosesin müsbət nəticəsinə inanırıq. Bütün səylərimizi buna yönəldəcəyik. Bununla yanaşı, artıq sanksiyalar paketini də Aİ Şurasına təqdim etmək üçün tam hazırlamışıq. Ehtiyac yaranan kimi mən bu paketi təqdim edəcəyəm. Təcavüz baş verərsə, dərhal Xarici İşlər Nazirləri Şurasını çağıracağam. Sanksiya paketi təklif etmək üçün yekdil qərar tələb olunsa da, əminəm ki, Şura bunu təsdiq edəcək Enerji məsələləri bu paketin ən mühüm hissələrindən biri olacaq. Amma onların tətbiqi məqamı gələnə qədər mən sizə sanksiyaların məzmunu barədə məlumat verə bilmərəm”, - deyə Aİ rəsmisi bəyan edib. Borrell həmçinin əlavə edib ki, Aİ liderləri qeyri-rəsmi görüşdə Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyalar məsələsində birlik nümayiş etdiriblər. Вернуться назад |