Главная > Dünya > Görüşdən çox bu masa müzakirə olundu - Fotolar
Görüşdən çox bu masa müzakirə olundu - Fotolar8-02-2022, 10:50. Разместил: admin |
Xəbər verdiyimiz kimi, fevralın 7-si Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edib. Görüşdə əsasən Avropada təhlükəsizlik məsələləri, Ukrayna ətrafında yaranan gərginlik, eləcə də Qarabağ məsələsi müzakirə olunub. “Qafqazinfo”nun Rusiya mediasına istinadən məlumatına görə, liderlərin görüşü zamanı bir neçə məqam diqqət çəkib. Bunlardan biri Kremldə Putin və Makronun arxasında danışıqlar apardığı masanın uzunluğu olub. Bildirilir ki, masanın uzunluğu azı 10 metr təşkil edib. Masanın qeyri-adi uzunluqda olması isə koronavirus pandemiyası ilə əlaqədar olaraq epidemioloji təhlükəsizlik məsələləri ilə əlaqələndirilib. Buna baxmayaraq, görüşdən fotolar sosial şəbəkələrdə müzakirələrə və zarafatlara səbəb olub. Nəticədə, liderlərin görüşü ilə bağlı çox sayda “caps”lər yaradılıb. Görüşlə bağlı digər diqqətçəkən məqam Putinlə Makronun bir-birinə “sən” olaraq müraciət etməsi olub. Вернуться назад |