Главная > Dünya > İngiltərəli nazir: Müsəlman olduğum üçün qovuldum
İngiltərəli nazir: Müsəlman olduğum üçün qovuldum24-01-2022, 13:00. Разместил: admin |
İngiltərənin Mühafizəkarlar Partiyasından olan Nüsrət Qani müsəlman olduğu üçün işdən çıxarıldığını iddia edib. Qani “The Sunday Times” qəzetinə açıqlamasında 2020-ci ilin fevralında Aviasiya və dəniz nəqliyyatı üzrə dövlət naziri vəzifəsindən azad edilməsi barədə danışıb. Sabiq nazir partiya qrup liderlərindən birinin baş nazirlikdəki yığıncaqda onun müsəlman olmasının bir məsələ kimi gündəmə gətirdiyini deyib. Qaninin sözlərinə görə, müsəlman qadın nazir olması həmkarlarını narahat edib və partiyasını islmafobiya iddialarına qarşı yetərincə müdafiə etmədiyi deyilib. Qani bildirib ki, karyerasının və nüfuzunun məhv ediləcəyi ilə hədələnib. Вернуться назад |