Главная > Dünya > Ərəb koalisiyası husilərə aman vermir - 24 saatda 17 hücum
Ərəb koalisiyası husilərə aman vermir - 24 saatda 17 hücum19-01-2022, 09:33. Разместил: admin |
Ərəb koalisiyasının Yəmənə endirdiyi zərbələr nəticəsində son sutka ərzində husilərin 80-ə yaxın tərəfdarı zərərsizləşdirilib. "Bu barədə "Al-Arabiya" telekanalı məlumat yayıb. “Son 24 saat ərzində Yəmənin Marib əyalətində husilərə qarşı ümumilikdə 17 hücum həyata keçirilib. 9 hərbi texnika məhv edilib", - məlumatda deyilir. Koalisiya hava qüvvələri Sənadakı hərbi istehkamlara və husi düşərgələrinə hava zərbələri endirib. Bombalama zamanı Nəbi Şaib dağı ərazisində silah-sursat anbarları və pilotsuz uçuş aparatları məhv edilib. Yəməndə 2014-cü ilin avqust ayından hökumət qüvvələri ilə husilərin silahlı qrupları arasında qarşıdurma davam edir. Вернуться назад |