Главная > Dünya > Akardan Yunanıstana sərt cavab: "O silahlar Türkiyə üçündürsə çox azdır"

Akardan Yunanıstana sərt cavab: "O silahlar Türkiyə üçündürsə çox azdır"


10-01-2022, 12:25. Разместил: admin
Akardan Yunanıstana sərt cavab: "O silahlar Türkiyə üçündürsə çox azdır"


Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Yunanıstanın Türkiyəyə qarşı NATO müttəfiqi kimi davranmadığını bildirib. 

“Haberler.com” xəbər verir ki, türkiyəli nazir Yunanıstanın silahlanmasına münasibət bildirib:
 
“Yunanıstanın müdafiə naziri ilə son görüşümüzdə “biz yox, turizm nazirlərimiz görüşsün” dedim. Turizmi inkişaf etdirək, gərginliyi, məşqləri azaldaq. Biz onlara bu məsələləri deyirik. Təəssüf ki, istədiyimiz cavabları ala bilmirik. Belə cəhdlərlə “Türkiyə xarici təhlükədir” deyirlər. Bunu təhlükə kimi təqdim edərək situasiya üstünlüyü əldə etməyə çalışırlar. Yunanıstanın ciddi iqtisadi problemləri var.

Bununla belə, onlar çox bahalı silah sistemləri almağa can atırlar. Müdafiə büdcəsini artırırlar. Biz NATO çərçivəsində Yunanıstanla müttəfiqik. Yunanıstan NATO çərçivəsində müxtəlif ölkələrlə müttəfiqlik müqavilələri bağlayır və anlaşma memorandumu imzalayır”. 

Akar söyləyib ki, bu silahlar Türkiyə üçündürsə, sayı çox azdır:

“NATO varkən bütün bunlar nə üçündür? Silahlanma var, kimə qarşı? Deyirik ki, bu silahlanma nə üçündür? Normal müdafiə üçün nəzərdə tutulubsa çoxdur, Türkiyə üçündürsə çox azdır. Onlar öz hədlərini aşan iddialarla yeriməyə davam edirlər. Alyans daxilində ittifaq NATO-nu zəiflədir”, - deyə o qeyd edib.


Вернуться назад