Главная > Dünya > "Qazaxıstanda bir çörəyə 100 dollar verməyə hazır olanlar var... - Amma o tapılmır..."
"Qazaxıstanda bir çörəyə 100 dollar verməyə hazır olanlar var... - Amma o tapılmır..."10-01-2022, 13:05. Разместил: admin |
Qazaxıstanın ən böyük şəhəri olan Almatı şəhərinin bəzi rayonlarının sakinləri ərzaq çatışmazlığı səbəbindən bir çörəyə 100 dollar ödəməyə hazırdırlar., Moderator.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan"a respublikanın birinci paytaxtının elit rayonunun sakinlərindən biri bildirib. Onun sözlərinə görə, talanlar başlayandan hava limanından bir qədər aralıda yerləşən rayonlara zəruri məhsulların idxalı dayandırılıb. "Sanki biz sivilizasiyadan qopmuşuq. Ərazidə nə internet, nə benzin, nə də yemək var. Ailəm və qonşularım artıq bir çörəyə 100 dollar verməyə hazırdırlar, amma çörək heç yerdə yoxdur", - deyə Qazaxıstan sakini bildirib. Вернуться назад |