Главная > Dünya > Qazaxıstanda 8000 minə yaxın insan həbs olunub

Qazaxıstanda 8000 minə yaxın insan həbs olunub


10-01-2022, 12:04. Разместил: admin
Qazaxıstanda 8000 minə yaxın insan həbs olunub


Son günlərdə baş verən hadisələr zamanı 7939 nəfərin həbs olunduğunu bildirib.

Bu barədə Qazaxıstan DİN məlumat yayıb.

“Bütün ölkə üzrə 7939 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Milli Qvardiyanın və xüsusi təyinatlıların hərbçiləri ilə birlikdə Almatıda iki bazarda 207 nəfəri saxlayıblar. Oğurlanmış 5 avtomobil,  və 6 ədədə soyuq silah müsadirə edilib” – məlumatda deyilir.

Qazaxıstan Milli Sahibkarlar Palatasının məlumatına görə, hadisələr zamanı dəymiş ziyanın məbləği 215 milyon dolları ötüb.

Almatıda gərginlik hələ də davam edir. Şəhərdə həyatın normal məcraya dönməsi istiqamətində ciddi addımlar atılır. Lakin hələ də  Almatı hava limanı işləmir. Bu barədə  hava limanının mətbuat xidməti məlumat yayıb.


Вернуться назад