Главная > Dünya > Tokayev: “Sülhməramlılar vəziyyət sabitləşənə qədər Qazaxıstanda qalacaqlar”

Tokayev: “Sülhməramlılar vəziyyət sabitləşənə qədər Qazaxıstanda qalacaqlar”


8-01-2022, 09:30. Разместил: admin
Tokayev: “Sülhməramlılar vəziyyət sabitləşənə qədər Qazaxıstanda qalacaqlar”


“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərilən sülhməramlıları qüvvələri vəziyyət sabitləşənə qədər qısa müddət ərzində ölkədə qalacaqlar”.
Report xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz tviter hesabında yazıb.

“KTMT-yə üzv ölkələrin çoxmillətli qüvvələrindən ibarət sülhməramlı qoşunları Qazaxıstanda yerləşdirilib, onlar vəziyyət sabitləşənə qədər qısa müddət ərzində ölkədə qalacaqlar ”, - Tokayev əlavə edib.

Qeyd edək ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.

Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Yanvarın 5-də prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.


Вернуться назад