Главная > Dünya > Qazaxıstandakı iğtişaşlar bitkoini ucuzlaşdırdı
Qazaxıstandakı iğtişaşlar bitkoini ucuzlaşdırdı6-01-2022, 11:45. Разместил: admin |
![]() Son günlərdə Qazaxıstanda yaşanan iğtişaşlar bitkoinin ucuzlaşmasına səbəb olub. “Dünyanın aparıcı kriptovalyutası 9% ucuzlaşıb. Belə ki, dünən ölkə ərazisində internetin bağlanması bitkoinin qiymətinin 42,642 min dollara qədər geriləməsinə gətirib çıxarıb. ![]() Buna səbəb isə Qazaxıstanın hazırda bitkoin mayninqinin emal gücünə görə dünyada ikinci yerdə qərarlaşmasıdır. Qazaxıstan ümumilikdə şəbəkə aktivliyinin 18%-ni təşkil edir. Ölkəndə internetin bağlanmasından sonra ümumi şəbəkənin emal aktivliyi saniyədə təxminən 205,000 həddindən 177,330 həddinə qədər geriləyib və 13,4% azalma nümayiş etdirib. Bu da kriptovalyuta bazarında enmələrə səbəb olub. Вернуться назад |