Главная > Dünya > “COVID-19 xəstələrinin özü-özünü müalicə etməsi yolverilməzdir” - Rusiyalı mütəxəssis

“COVID-19 xəstələrinin özü-özünü müalicə etməsi yolverilməzdir” - Rusiyalı mütəxəssis


20-12-2021, 09:00. Разместил: admin
“COVID-19 xəstələrinin özü-özünü müalicə etməsi yolverilməzdir” - Rusiyalı mütəxəssis


Həkim və teleaparıcı Aleksandr Myasnikov COVID-19-a yoluxan xəstələrin tək başına özünü müalicə etməsinin yolverilməz olduğunu bildirib.
 APA bildirir ki, mütəxəssis koronavirusun bir deyil, iki xəstəliyə səbəb olduğunu vurğulayıb.

Myasnikov əlavə edib ki, COVID-19 testi müsbət çıxan insanlar sətəlcəm olmadığı təqdirdə qan durulaşdıran dərmanlar qəbul etməməlidirlər: "Həkimin göstərişi olmadan belə dərmanların düşünmədən istifadəsi beyin damarlarının pozulmasına və mədə-bağırsaq traktında qanaxmalara səbəb ola bilər".

"Virusa yoluxmanın qarşısını almağın ən yaxşı yolu peyvənddir. Çünki peyvənd infeksiyaya qarşı ən effektiv qorunma olaraq qalır", deyə həkim vurğulayıb.


Вернуться назад