Главная > Dünya > Şimali Koreyada gülmək qadağan edildi
Şimali Koreyada gülmək qadağan edildi17-12-2021, 10:11. Разместил: admin |
Şimali Koreyada 10 il əvvəl vəfat edən lider Kim Çen İrin anım mərasimi başlayıb. Xarici KİV xəbər verir ki, hökumət rəsmiləri ictimaiyyətə 11 gün ərzində heç bir xoşbəxtlik əlaməti göstərməməyi əmr edib. Bildirilib ki, ölkədə bu müddət ərzində gülmək, spirtli içki içmək və hətta ərzaq mağazasına getməyə icazə verilmir. Vurğulanlb ki, polis əməkdaşlarına yas dövrünə uyğun olaraq kədərli görünməyən insanları izləmək əmri verilib. Qeyd edək ki, Kim Çen İr ölkəni 17 il idarə etdikdən sonra 2011-ci il dekabrın 17-də 69 yaşında ürək tutmasından vəfat edib. O, ölkənin hazırkı rəhbəri Kim Çen Inın atasıdır. Вернуться назад |