Главная > Dünya > Baqdasaryan Köçəryanı biabır etdi: erməni əsgərlərinin ölüm əmrini siz vermisiniz
Baqdasaryan Köçəryanı biabır etdi: erməni əsgərlərinin ölüm əmrini siz vermisiniz1-12-2021, 09:30. Разместил: admin |
Tanınmış erməni blogger Roman Baqdasaryan yayımladığı video müraciətdə Köçəryan tərəfdarlarına qarşı kəskin ittihamlar səsləndirib. "Ölkə.az" xəbər verir ki, Baqdasaryan yayımladığı videoda şok açıqlamalar verib. Baqdasaryan Köçəryan tərəfdarlarını yalançı revanşist bəyanatlar verərək Paşinyana təzyiq göstərməkdə ittiham edib: "44 günlük müharibədə həlak olmuş erməni əsgərlərinin ölüm əmrini "Qarabağ klanı" verib. Demək olar ki, bütün xarici səfirliklərdə çalışanlar Köçəryan tərəfdarlarıdır. Onlar Paşinyanın əleyhinə çalışırlar. Köçəryan tərəfdarları planlaşdırmışdılar ki, Ermənistana nə qədər çox tabut gedərsə, Paşinyanı daha rahat hakimiyyətdən devirəcəklər, Cəbrayıl ətrafında yolları minalayıb sonra qəsdən əmr veriblər ki, erməni əsgərlər həmin yolla getsinlər. Təkcə Madagizdə (oxu.Suqovuşan) 250 erməni əsgərini öldürüblər. Əvvəl əmr veriblər ki geri çəkilin. Digər tərəfdən də başqa komandaya kordinatları verərək onların hamısını bombardıman etdiriblər. Kəlbəcərdə yaralı 26 erməni əsgərini xilas etmək mümkün idi, amma Qarabağ klanı onlara yardımdan imtina edib. Azərbaycan ordusu Hadruta hücum edəndə Qarabağ klanının silahlı birləşmələri evləri kütləvi talan ediblər. Ümumilikdə 1600 erməni hərbçisi Qarabağ klanı tərəfindən bu şəkildə öldürülüb". Baqdasaryan revanşist ermənilərə müraciət edərək deyib ki, siz fərarilərsiniz: "Hər il Rusiyada yaşayan ermənilərin 40 faizi Türkiyə kurortlarında kef edir. Moskvada azərbaycanlıların restoranlarında yeyib-içirlər, amma sonra gəlib müharibə istəyirlər. Şəxsən mən Azərbaycanla müharibə istəmirəm". Вернуться назад |