Türkiyədən ABŞ-a: "Razı olmasalar, Rusiya alternativdir"
- 19-10-2021, 13:26
- Dünya
- 0
- 176
ABŞ Türkiyəyə almaq istədiyi F-35 və yeni nəsil F-16 döyüş təyyarələrini verməzsə, o zaman alternativ variant kimi Rusiya istehsalı olan Su-35 və Su-57 qırıcıları ala bilər.
“Haber7” xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Başçısı İsmayıl Dəmir mövzu ilə bağlı açıqlamasında bunları deyib: “Proses müsbət bir şəkildə tamamlanmasa, Türkiyə alternativsiz deyil. Lazım olsa, Su-35 və Su-57 dəftərləri hər zaman açıla bilər. Türk müdafiə sənayesi hər hansı müdafiə sisteminin etibarlı formada olması üçün əlindən gələni edəcək”.
Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Təşkilatının (FSMTC) direktoru Dmitri Şuqayev RİA Novosti-yə deyib ki, Ankara bu qırıcıları almaq qərarına gəlsə, Moskva Su-35 və Su-57 qırıcıları ilə bağlı Türkiyə tərəfi ilə danışıqlara hazırdır.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) F-35-lə bağlı Türkiyə ilə məsləhətləşmələr aparıldığını açıqlayıb.
Oktyabrın 18-də Anqolaya səfərindən öncə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Ərdoğan bir daha F-35 məsələsinə toxunaraq bunları deyib: “F-35-lər üçün 1 milyard 400 milyon dollarlıq bir ödəniş var. Və bu ödənişlər qarşısında ABŞ bizə F-16 almağı təklif etdi”.