Necə oldu ki, qadın kansler 16 il hakimiyyətdə qaldı - Merkel erası bitir...
- 22-09-2021, 15:33
- Dünya
- 0
- 197
Hakimiyyətdən və xalqdan yorulan Angela Merkel hakimiyyəti ilə vidalaşır
Almanların “dəmir ledi” adlandırdıqları 67 yaşlı Angela Merkel 4 gündən sonra - sentyabrın 26-da kansler vəzifəsinə vida edəcək. Bununla da Almaniya Merkel erasına son verəcək. Yeni bir era başlanacaq. Ancaq bu necə olacaq, indi hamını düşündürən məsələ budur. Merkeli əvəz edəcək şəxs kim və hansı qabiliyyətlərə sahib olacaq?
265937
Bu, təkcə alman xalqını deyil, dünya liderlərini, siyasilərini, beyin mərkəzlərini bir şey düşündürür.
Bəs Merkelin 16 illik hakimiyyəti Alman xalqına nə verdi. Merkelin 16 illik hakimiyyəti dövründə ciddi qlobal iqtisadi-maliyyə böhranı, miqrantlar, humanitar fəlakətlər, Rusiya qazı, iqlim dəyişikliyi, koronavirus pandemiyası kimi başqa ciddi proseslərlə qarşı-qarşıya qaldı. Bu illər ərzində Mekel ciddi tənqid olunaraq ölkə iqtisadiyyatının çöküşünə yol açmaqda, xüsusən də avtomobil sənayesinə ciddi zərbə vurmaqda, sərhədləri miqrantlara açmaqda ittiham edirlər.
265935
Amma buna baxmayaraq Merekli həm də 16 illik hakimiyyət dövründə böhran meneceri olduğunu qeyd etməyi də unutmurlar. Çünki bu dövr ərzində baş verən qlobal böhranlarda Merkel ölkəsinin minimum zərərlərlə çıxması üçün əlindən gələni edib.
Onu qeyd etmək lazımdır ki, Merkel dünya siyasətində bir fenomen olmağı bacarıb və özünəməxsus rolu olub.
Merkel Almaniya tarixində ilk qadın kanslerdir ki, 16 il bu vəzifədə oldu. Hətta onun hakimiyyəti Almaniya Federativ Respublikasının qurucusu Konrad Adenauerdən, Adolf Hitler hakimiyyətindən də çox çəkib. Hitlerin hakimiyyəti 12 il davam edib.
Merkel, karyerasının çox hissəsini 1990 -cı ildə Almaniyanı birləşdirən nüfuzlu kansler Helmut Kol himayədarlığına borcludur. O, belə bir güclü şəxsi keyfiyyətləri və bəzi uğurlar olmadan kansler vəzifəsinə yüksəlməyi bacarmazdı.
Merkelə bu qədər uzun müddət hakimiyyətdə olmaq bacarığına görə Forbes onu dünyanın ən güclü qadın siyasətçisi və ən etibarlı lideri adlandırdı.
The Fateful Chancellor: What the end of the Merkel era means for the world - New Statesman
Almanlar da onu Mutti (almanca ana deməkdir-red.) adlandırdı.
Almanlar üçün ana, alman romantiklərinin əsərlərindən "Əfsanəvi Ana" Almaniyanın arxetipinin təcəssümüdür.
Pioner və komsomolçu Merekel necə oldu kansler oldu
Merekelin siyasətdə uğur qazanması nəslinin şərqi alman elitasından olması mühüm rol oynayıb. Onun atası 1950-ci ildə könüllü olaraq Qərbi Almaniyadan Rusiyanın siyasi təsir dairəsində olan Almaniya Demokratik Respublikasına (ADR) köçən Lüteran keşişi idi və burada kommunistə sadiq bir keşiş kimi uğur qazanmışdı. ADR SSRİ-nin təsir dairəsində olduğundan Merkel də yeniyetmə və gənclik illərində o dövrün fəal pioner və komsomolçularından biri olub. 1989-cu ildə Berlin divarı sökülüb AFR-lə ADR birləşdikdən sonra yaranmış boşluqda faydalanan Merkel siyasətdə ciddi uğurlar əldə edə bilib.
Angela Merkel'in sakin gücü - BBC News Turkce
6 illik hakimiyyəti dövründə uğurları olsa da, o ciddi tənqid atəşinə tutulur və hakimiyyətdən getməsi tələb olunurdu. “Merkel muss weg” (Merkel getməlidir) şüarı uzun müddət sosial şəbəkələrdə və küçələrdə siyasi bir memə çevrildi.
Beynəlxalq ekspertlər hesab edir ki, Merkel artıq özü də hakimiyyətdən yorulduğunu və gücünün tükəndiyini hiss edərək hakimiyyətinə son vermək qərarını verib. Onların fikrincə, bu artıq özünü açıq büruzə verir. Merekelin hətta alman xalqından bezdiyini də qeyd edirlər. Bu fikri əsaslandırmaq üçünsə onun son çıxışlarındakı təkəbbürü və digər fikirləri qeyd edirlər. Merkelin bu hərəkətlərini duyan alman xalqının ona olan inamı itməyə və nəticədə kanslerin reytinqi ciddi olaraq enməyə başladı. Artıq son gəlib. Merkel gedir və bununla onun erası bitir.