Türkiyəyə 3 yanğınsöndürən təyyarə göndəriləcək
- 2-08-2021, 10:10
- Dünya
- 0
- 214

Avropa İttifaqı (Aİ) davam edən meşə yanğınlarının söndürülməsinə yardım etmək məqsədilə Türkiyəyə 3 yanğınsöndürən təyyarə göndərəcək.
Bu barədə özünün "Twitter" səhifəsində Aİ-nin böhranların nizamlanması və humanitar yardım üzrə komissarı Yanez Lenarçiç yazıb.
"Yaxınlarını itirən Türkiyə xalqını və dəhşətli yanğınlarla mübarizə üçün əllərindən gələni edən cəsur xilasediciləri düşünürük. Əlavə yardım göstərməyə hazırıq", - o bildirib.