» » 500 mln yığaraq ölkədən qaçan "Tosuncuk" barəsində 75 min il həbs istənilir

500 mln yığaraq ölkədən qaçan "Tosuncuk" barəsində 75 min il həbs istənilir

  • 5-07-2021, 12:29
  • Dünya
  • 0
  • 200
500 mln yığaraq ölkədən qaçan "Tosuncuk" barəsində 75 min il həbs istənilir


"Çiftlik Bank" oyunun qurucusu "Tosuncuk" ləqəbli Mehmet Aydın təslim olmasının səbəblərini açıqlayıb.

“Hurriyet” xəbər verir ki, M.Aydın ailəvi problemlər yaşadığını bildirib.

“Çox çətinlik çəkdim. Ailəmlə böyük problemlər yaşadım, ayrılma həddinə çatdım. Ailəvi problemlərə görə təslim oldum”.

M.Aydın həmçinin ona borcu olanların siyahısını da yanında gətirib. O, borclarını da ödəyəcəyini söyləyib:
“Borcum qədər alacaqlarım da var. Borcumun böyük bir qismini ödədim. Şikayətləri təmin edəcəyəm”.

128 nəfərin şikayətçi olduğu və ümumilikdə 48 nəfərin adının hallandığı məhkəmə işində Mehmet Aydın bir nömrəli şübhəli hesab olunur. Türkiyə mediası “Tosuncuk” barəsində 75 min ilə qədər həbs cəzası tələb olunduğunu yazıb.

Qeyd edək ki, 30 yaşlı Mehmet Aydın 5 il öncə qurduğu "Çiftlik Bank" vasitəsilə insanları aldadaraq ümumilikdə 500 mln türk lirəsi ( 97,7 mln manat) əldə etdiyi deyilir. Onun 3 il öncə pulları götürərək ölkədən qaçdığı söylənilir.

M.Aydın İnterpolun "Ən çox axtarılanlar" siyahısında idi. Sayta yerləşdirilən məlumatlara görə, o, elektron ödəmə sistemləri vasitəsi ilə oğurluq etmək, kooperativlər quraraq insanları aldatmaq, cinayətini maliyyələşdirmək üçün bir təşkilat yaratmaq, vergi qanunlarını pozmaq ittihamları ilə axtarıldı.

Onu da qeyd edək ki, M.Aydın bir neçə gün əvvəl Braziliyanın San-Paulo şəhərində yerləşən yerli Konsulluğa gedərək təslim olmuşdu.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya