» » Petrosyandan Qarabağ etirafı: "Qanunla Azərbaycanındır, bizi məcbur edəcəklər..."

Petrosyandan Qarabağ etirafı: "Qanunla Azərbaycanındır, bizi məcbur edəcəklər..."

  • 17-06-2021, 11:54
  • Dünya
  • 0
  • 200
Petrosyandan Qarabağ etirafı: "Qanunla Azərbaycanındır, bizi məcbur edəcəklər..."


“Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir. Bu məsələdə bizim müttəfiqimiz olmayıb və indi də  yoxdur”.

“Bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan İTV-yə müsahibəsində deyib.

Onun fikrincə,1994-cü ildə Qarabağ məsələsinin ermənilərin maraqlarına uyğun həll etmək olardı və o zaman bu şans əldən verildi.

Sabiq prezident deyib ki, Azərbaycan torpaqlarını əbədi işğal altında saxlama düşüncəsi absurd yanaşma idi: “Bu məsələdə müttəfiqimiz  yox idi və olmayıb da... İndi vəziyyət daha mürəkkəbdir. Əgər o zaman qarşılıqlı güzəşt mümkün idisə,  indi bu imkanlar yoxdur.  Biz bu imkanları itirdik. Bizdə heç nə yoxdur. Bu məsələdə ermənistanın həlledici səsi yoxdur”.

Köçəryanın Şuşa və Hadrutun qaytarılması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən Petrosyan deyib ki, bu ciddi problemlərin yaranmasına gətirib çıxarar: “Orada hazırda Azərbaycan ordusu dayanır. Bu, ancaq müharibə yolu ilə ola bilər. Yəni Köçəryan yeni müharibə vəd edir. Azərbaycanı oradan çıxmağa kim məcbur edəcək? Hansı ki bütün dünya Qarabağı  Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Ərazisini bərpa etdi və heç kim Azərbaycanı qınamadı. Dünyanın qanunu budur. Bizi Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına razı salmağa məcbur edəcəklər. Artıq heç bir şey bizdən asılı deyil, hər şey bitdi”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya